İstanbulda antiterror əməliyyatı - 5 nəfər saxlanıldı

Dünya

05.11.2024 12:10

İstanbulda DHKP/C terror təşkilatının fəaliyyətlərinin ifşa olunmasına yönəlik 9 fərqli ünvana eyni vaxtda keçirilən əməliyyatda 5 şübhəli şəxs saxlanılıb.

TodayPress bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, İstanbul Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən DHKP/C təşkilatının fəaliyyətlərinin ifşası məqsədilə aparılan istintaqda təşkilatın açıq fəaliyyət göstərən Məhbus Ailələri Yardımlaşma Dərnəyi (TAYAD) daxilində 7 şübhəli müəyyən edilib.

Prokurorluğun həbs qərarından sonra hüquq-mühafizə orqanları Kağıthane, Sancaktepe, Şişli, Kadıköy, Tuzla, Eyüpsultan və Sarıyerdəki 9 ünvana eyni vaxtda əməliyyat keçirib.

Əməliyyat nəticəsində 5 şübhəli saxlanılıb, çox sayda təşkilata aid sənəd ələ keçirilib.

Qeyd edilib ki, qruplar digər şübhəliləri axtarmaq üçün işləri davam etdirir.

tag: İstanbul, Terror, Əməliyyat,Türkiyə,todaypress.az,