İstanbul sahilində reaktiv qayıq tapıldı
İstanbulun Çatala sahilində partlayıcılarla dolu reaktiv qayıq tapılıb.
TodayPress, Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna donanmasına aid olduğu güman edilən xizək, ərazidəki növbətçi xilasedicilər tərəfindən aşkar edilib.
Faktla bağlı dərhal polisə məlumat verilib. İlkin yoxlamalar başa çatdıqdan sonra qurğu cinayət işinin araşdırılması üçün hərbi baxış məntəqəsinə aparılacaq.
Tapılan reaktiv qayıqda çoxlu kameralar, hərbi texnika və partlayıcıların olduğu bildirilir.
Günəş Mərd
tag: İstanbul, Türkiyə, Çatala, Ukrayna, Hərbi Texnika, todaypress.az,