İstanbul razılaşmalarının iflasında ABŞ-nin rolu
Dünya
09.09.2024 12:00
“Ukrayna ABŞ ilə məsləhətləşmələrdən sonra 2022-ci ildə Rusiya ilə bağlanmış “İstanbul müqaviləsi”ndən çıxıb”.
TodayPress xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland jurnalist Mixail Zıqar ilə müsahibəsində bildirib.
“Əslində, biz sövdələşmənin təfərrüatlarından o qədər də xəbərdar deyildik. Ancaq danışıqların sonunda ukraynalılar məsələnin necə sonlanacağı ilə bağlı məsləhətləşmək istədilər. Ukrayna nümayəndə heyəti bu sövdələşmənin yaxşı olub-olmaması ilə bağlı suallar verməyə başladı. Və elə həmin an sövdələşmədən üz döndərdilər” deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Ukraynada bir çox siyasətçi hər şeyin fərqində olsa da, əldə olunan razılaşmaları həyata keçirmək istəmirdilər.
Qeyd edək ki, İstanbul danışıqları Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra, 2022-ci ilin mart-aprel aylarında keçirilib. Moskva və Kiyev İstanbulda razılıq əldə etsələr də, daha sonra Ukrayna bu razılaşmalardan imtina edib.
Töhfə Səməd
tag: İstanbul Müqaviləsi,Sövdələşmə,Rusiya,Ukrayna,Viktoriya Nuland,ABŞ,Moskva,Kiyev,todaypress.az,