İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş etdi
Dünya
25.01.2025 00:34
Rusiyanın Aeroflot şirkətinə məxsus İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib.
TodayPress xəbər verir ki, təyyarədə olan bütün sərnişinlər hava limanının binasına təxliyə edilib.
Bildirilib ki, təcili enişin ilkin səbəbi uçuş zamanı təyyarədə nasazlığın yaranmasıdır.
Saat 18:45-də havada
olarkən təyyarədə olan sərnişinlərə Həştərxanda planlaşdırılmamış eniş barədə
məlumat verilib.
Sərnişinlərin sözlərinə görə, Aeroflot nümayəndələri əmin
edirlər ki, gecə saat 2-də Moskvadan başqa bir təyyarə gəlib hamını paytaxta
aparmalıdır.
tag: Təyyarə, Eniş, Həştərxan,Moskva, todaypress.az,