İstanbul danışıqlarının saatı məlum oldu

Dünya

15.05.2025 09:25

15

Ukrayna məsələsi üzrə İstanbul danışıqları Moskva vaxtı ilə saat 10:00-da başlayacaq.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, görüşün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dolmabaxçadakı ofisində baş tutması planlaşdırılır.

İclas bağlı qapılar arxasında, mətbuat nümayəndələrinin iştirakı olmadan keçiriləcək.

Qiymət Mahir

tag: Ukrayna,Rusiya,Moskva,Türkiyə,todaypress.az,