İsraillilərə sığınacaqları tərk etməyə icazə verildi

Dünya

02.10.2024 00:05

İsrail sakinlərinə sığınacaqları tərk etməyə icazə verilib.

TodayPress bu barədə Reuters agentliyinə istinadən yazıb.

İsrail ordusunun məlumatına görə, İranın hücumu başa çatıb.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman  bildirib ki, Təl-Əviv ölkəyə zərər vuran və ya bunu etməyi planlaşdıran hər kəsə zərbə endirəcək.

İsrail oktyabrın 1-i axşam saatlarında raket hücumlarına məruz qalıb. Ölkə ərazisinə 500-ə yaxın ballistik raketin atıldığı bildirilib.

KİV-in məlumatına görə, İran İsrailə hücum zamanı ilk dəfə hipersəs raketlərindən istifadə edib.

Aynur TAC

tag: İran, Sığınacaq,İsrail,Müharibə, Benyamin, todaypress.az,