İsraillə “Hizbullah” arasında atəşkəs mümkündür?
Dünya
26.09.2024 12:51
Livanın Baş naziri Nəcib Mikati İsrail və “Hizbullah” arasında döyüşlərə son qoymaq üçün tezliklə atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Birləşmiş Ştatlar, Fransa və bir sıra müttəfiqlər İsrail-Livan sərhəddindəki qüvvələri 21 günlük atəşkəsə çağırıb. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatında (BMT) gərgin müzakirələrdən sonra Qəzzada atəşkəsə dəstək ifadə edilib.
Mikati atəşkəs çağırışını alqışlasa da, bildirib ki, onun həyata keçirilməsi üçün lazım olan açar İsrailin beynəlxalq qətnamələrin icrasına sadiq olub-olmamasıdır.
“Atəşkəs tezliklə təmin oluna bilərmi” sualına isə Mikati “İnşallah, bəli” olaraq cavab verib.
Bayden administrasiyasının yüksək rütbəli rəsmisi isə bildirib ki, atəşkəs Livan və İsrail arasındakı demarkasiya xəttinə şamil ediləcək və tərəflərə münaqişənin potensial diplomatik həlli istiqamətində danışıqlar aparmağa imkan verəcək.
Töhfə Səməd
tag: Livan ,Qəzza ,Atəşkəs ,Mikati, İsrail ,todaypress.az,