“İsraillə danışıqlara hazırıq” - Fələstin prezidenti

Dünya

07.08.2024 10:33

“Fələstin sülh konfransı çərçivəsində İsrail tərəfi ilə status məsələsi üzrə danışıqlara hazırdır.

TodayPress xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas “RİA Novosti”yə müsahibəsində deyib.

O, vurğulayıb ki, Fələstin tərəfi Ərəb Dövlətləri Liqasına üzv olan 6 ölkənin iştirakı ilə yol xəritəsi hazırlayıb və ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim edib.

Mahmud Abbas qeyd edib ki, Fələstin Milli Administrasiyası Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır.

tag: Fələstin, Prezident, İsrail, Mahmud Abbas, Qəzza, todaypress.az,