İsrailin zərbələri nəticəsində 55 fələstinli, 71 livanlı öldü

Dünya

03.11.2024 09:13

İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrini və Livanın cənubunu atəşə tutması nəticəsində 120-dən çox fələstinli və livanlı həlak olub.

 

TodayPress xəbər verir ki, bu barədə “Al Jazeera “ məlumat yayıb.


Bildirilib ki, son sutkada İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 55 nəfər ölüb, 192 nəfər yaralanıb. İsrailin Livana endirdiyi zərbələr zamanı isə 71 nəfər ölüb, 169 nəfər yaralanıb.

tag: Qəzza, Fələstin, Münaqişə, Ölüm,todaypress.az,