İsrailin Suriyanın Tartus vilayətini atəşə tutması nəticəsində azı 7 nəfər yaralandı

Dünya

17.12.2024 05:45

İsrail Suriyanın Tartus əyalətindəki hərbi obyektlərə  hava zərbələri nəticəsində hamısı mülki olmaqla azı 7 nəfər xəsarət alıb.

TodayPress xəbər verir ki,   bu barədə Suriyanın “ Əl Vətən” qəzeti məlumat yayıb.

Qəzet tibb müəssisəsinin direktoru qeyd edir ki, yeddi mülki şəxs qəlpə yaraları və travmalarla xəstəxanaya çatdırılıb.

Bundan başqa, İsrailin bombardmanları Tartusda yaşayış məhəllələrinə ciddi ziyan vurub. Bir yaşayış binası yanıb, bəzi infrastruktur yararsız hala düşüb.

Aynur TAC

 

tag: Tantus, Suriya, Türkiyə, İsrail, Mülki Şəxs, todaypress.az,