İsrailin şimalında terror aktı: 5 nəfər yaralandı
İsrailin şimalındakı Hadera şəhərində terror aktı nəticəsində 6 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Xəsarət alanlar arasında vəziyyəti ağır olan 50 və 70 yaşlı iki kişi və orta dərəcəli bədən xəsarətləri alan 55, 60 və 70 yaşlı üç kişi var.
Hadisə zamanı bıçaqla sakinlərə hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Araşdırma aparılır.
Günəş Mərd
tag: İsrail,Hadera,Terror,Hücum,todaypress.az,