İsrailin Serbiyadakı səfirliyinə hücum olundu

Dünya

29.06.2024 17:56

2618

İsrailin Belqraddakı səfirliyinə hücum edilib. 

TodayPress xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Naziri İvica Daçiç məlumat verib.

Daçiç hücumçunun polis əməkdaşının açdığı atəş nəticəsində öldürüldüyünü, hücumda əli olmaqda şübhəli bilinən şəxsin də saxlanıldığını açıqlayıb. O, hadisəni terror aktı kimi qiymətləndirib. 

Hücumla bağlı araşdırmaya başlanılıb.  

Günəş Mərd

tag: İsrail, Serbiya, Hücum, Daçiç, todaypress.az,