İsrailin raket zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın "sağ əli" öldürüldü
Dünya
31.07.2024 04:00
İsrailin Beyrutda bəzi bölgələri
bombardman etməsi nəticəsində “Hizbullah” hərəkatının komandirlərindən biri;
Fuad Şükr həlak olub.
TodayPress xəbər
verir ki, bu barədə “Əl-Hədət” telekanalı Livanın hüquq mühafizə orqanlarındakı
mənbəyə istinadən məlumat yayıb.
Lakin bəzi mənbələr Şükrün ölmədiyini,
onun ölümü ilə bağlı məlumatların dezinformasiya olduğunu iddia edib.
CNN telekanalı da Livan
hökumətindən bir mənbəyə istinadən “Hizbullah” komandirinin İsrail ordusunun aviazərbələrindən
sağ çıxması ilə bağlı xəbər yayıb.
Qeyd edək ki, İsrail ordusu
Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşımaqda
ittihame etdiyi Şükrü öldürmək məqsədilə paytaxt Beyrutun ətraf bölgələrinə zərbələr
endirib.
Şükr “Hizbullah” lideri Həsən Nəsrullahın hərbi müşaviridir. Onun "sağ əli" sayılır.
tag: İsrail, Hizbullah, Fuad Şükr, Livan, todaypress.az,