İsrailin Qəzzaya zərbəsi nəticəsində səkkiz nəfər öldü

Dünya

17.12.2024 10:36

Qəzza şəhərinin mərkəzində Fələstin meydanı ərazisinə İsrail Silahlı Qüvvələrinin hücumu nəticəsində səkkiz nəfər ölüb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, yaşayış evinə hücum edilib.

Daha əvvəl Qəzza şəhərinin şərqindəki Əl-Dərac rayonunda hücumlar nəticəsində 10 nəfərin, o cümlədən bir uşağın həlak olduğu bildirilib.

Telekanalın məlumatına görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 45 min nəfəri ötüb.

tag: Qəzza, Hücum ,Ölüm ,İsrail, todaypress.az,