İsrailin Qəzzaya hücumu nəticəsində 30-a yaxın fələstinli həlak olub
İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə endirdiyi zərbələr nəticəsində ən azı 29 fələstinli həlak olub .
TodayPress xəbər verir ki, bu barədə “Qüds” xəbər agentliyi məlumat yayıb.
Mənbələrə görə, bombalı hücum məcburi köçkünlərin məskunlaşdığı düşərgəni hədəf alıb.
Martın 18-də İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edərək Fələstinə kütləvi hücumlara başlayıb və yanvarda əldə olunmuş atəşkəsi pozub.
Qəzza Səhiyyə Nazirliyinin son rəqəmlərinə görə, martın 18-dən Qəzzada 1978 nəfər ölüb, 5207 nəfər yaralanıb.
Aynur TAC
tag: Qəzza, İsrail, Cəbəliyə, Hücum, Ölüm, todaypress.az,