İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində 5 fələstinli öldü
Dünya
10.11.2024 09:30
İsrailin Qəzzaya hücumu nəticəsində ən azı 5 fələstinli həlak olub.
TodayPress xəbər verir ki,
bu barədə Qətərin “Al-Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail
hərbçiləri bazar günü səhər saatlarında Qəzza şəhərinin Əl-Səbra bölgəsində
yaşayış binasını bombalayıb, nəticədə 5 mülki şəxs həlak olub, bir neçə nəfər
isə yaralanıb.
tag: İsrail, Qəzza, HƏMAS,Tell əs-Sultan, todaypress.az,