İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində 39 fələstinli öldü
Dünya
29.12.2024 06:12
İsrail ordusunun şənbə günü Qəzza zolağına
endirdiyi aviazərbələr nəticəsində azı 39 nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu barədə Qətərin
“Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Fələstin anklavının şimal hissəsi əsasən
bombardmana məruz qalıb, nəticədə həmin ərazidə 27 nəfər dünyasını dəyişib.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə,
Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən bu yana təxminən 45,5 min
fələstinli həlak olub, 108 mindən çox şəxs isə yaralanıb.
tag: Qəzza, Fələstin, Münaqişə, Ölüm,todaypress.az,