İsrailin növbəti hədəfi bəlli oldu
Dünya
11.12.2024 12:20
“Suriyadan sonra İsrail hakimiyyəti yaxın aylarda İraq və İrana qoşun yeritmək istəyir”.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” İranın keçmiş vitse-prezidenti və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) veteranı Möhsün Rezaiyə istinadən yazıb.
Onun sözlərinə görə, İsrail Qəzza zolağından başlayıb, sonra Livan və Suriyaya daxil olub.
Bundan əvvəl “Al Arabiya” telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, HƏMAS Qəzza zolağında saxlanılan israilli girovların siyahısını Misir rəsmilərinə təhvil verib.
Hazırda vasitəçilər Qəzzada atəşkəsə nail olmaq və İsrail qoşunlarının Misirlə Qəzza sərhədində yerləşən Filadelfiya dəhlizindən çıxarılmasına nail olmaq üçün məsləhətləşmələr aparır. Nəşrin mənbəsinin məlumatına görə, Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinin idarəçiliyinin Fələstin Milli Administrasiyasına verilməsi planlaşdırılır.
Töhfə Səməd
tag: İsrail, Qəzza, Atəşkəs, Misir, todaypress.az,