İsrailin müxalifət lideri Netanyahunu istefaya səslədi

Dünya

24.06.2024 20:50

İsrailin əsas müxalifət lideri Yair Lapid baş nazir Benyamin Netanyahunu istefaya çağırıb.

TodayPress xəbər verir ki, “Gələcək Var Partiyası”nın lideri Lapid, sosial media hesabından verdiyi açıqlamada, "Netanyahu İsrail dövləti üçün təhlükədir, Netanyahu vətəndaşlar üçün təhlükədir, Netanyahu baş nazir olmağa uyğun deyil" deyə qeyd edib.

Netanyahunun Qəzza və Livanın cənubundakı müharibəni idarə etməkdə uğursuz olduğunu iddia edən Lapid baş naziri istefaya çağırıb.

İsrail müxalifəti uzun müddətdir Netanyahunu vəzifədə qalmaq üçün şəxsi maraqlarına uyğun qərarlar verməkdə və Qəzzada həyata keçirilən hücumların hədəfinə çatmamaqda ittiham edir.\

GÜNEL

tag: İsrail, Baş nazir, Müxalifət lideri, Benyamin Netanyahu, todaypress.az,