İsrailin müdafiə naziri İrana qarşı əməliyyatlara görə səfərini ləğv edib?
İsrailin müdafiə naziri Yoav Qalant oktyabrın 9-da ABŞ-yə planlaşdırılan səfərini təxirə salıb.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Buna səbəb kimi İsrailin son raket hücumuna cavab olaraq İrana qarşı əməliyyatlara hazırlaşmağı göstərilib.
Qeyd olunub ki, Qalantın səfərinin təxirə salınması qərarını İsrailin Baş naziri Binyamin Netanyahu verib.
Günəş Mərd
tag: İsrail ,Binyamin Netanyahu ,Baş Nazir ,ABŞ ,Yoav Qalant ,todaypress.az,