İsrailin maliyyə naziri hökuməti devirməklə hədələdi
Dünya
20.01.2025 12:52
İsrailin maliyyə naziri Bezalel Smotriç yanvarın 19-da Qəzza zolağının işğal olunmayacağı təqdirdə hökuməti devirməklə hədələyib.
TodayPress xəbər verir ki, bu barədə o, İsrail Ordu Radiosuna danışıb.
Nazir Qəzzada atəşkəs razılaşmasını “çox ciddi səhv” və “HƏMAS-a təslim olmaq” adlandırıb.
“İsrail Qəzzanı işğal etməli və müvəqqəti hərbi hökumət yaratmalıdır, çünki HƏMAS-ı məğlub etməyin başqa yolu yoxdur. Hökumət Qəzza zolağının hamısını ələ keçirib onu idarə edəcək şəkildə döyüşə qayıtmasa, mən onu devirəcəyəm” deyə o, bildirib.
Nicat Osman
tag: İsrail, Qəzza, HƏMAS, Dünya,Yaxın Şərq, todaypress.az,