İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3 mini keçdi
Dünya
05.11.2024 08:34
İsrail ordusunun Livana
hücumları zamanı ölənlərin sayı 3002-yə, yaralıların sayı isə 13492-yə yüksəlib.
TodayPress xəbər verir ki, bu haqda Livanın Səhiyyə Nazirliyindən
verilən açıqlamada bildirilir.
Açıqlamaya görə, dünən İsrailin Livanda həyata keçirdiyi
hücumlarda 16 nəfər ölüb, 90 nəfər yaralanıb.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir.
Livan hökuməti köçkünlərin 539 mindən çoxunun Suriyaya köç
etdiyini açıqlayıb.
tag: İsrail, Livan, Döyüş,Ölüm,todaypress.az,