İsrailin İrana cavab zərbəsi təxirə salındı?

Dünya

11.10.2024 16:40

“İsrail İrana cavab zərbəsi endirmək bağlı qərarsızdır”. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb. 

“Ölkənin təhlükəsizlik kabinetinin iclası Tehrana qarşı cavab tədbirləri görməklə bağlı heç bir qərar verilmədən başa çatıb” nəşr qeyd edib.  İsrailin cavab zərbəsinin gecikməsinə nəyin səbəb olduğu hələlik məlum deyil.

Mənbə bildirir ki, belə uzun müzakirələrə səbəb İsrail hökumətindəki fikir ayrılıqları ola bilər.   

Günəş Mərd

tag: İsrail,İran,Tehran,Müdafiə,Cavab,Əməliyyat,Todaypress.az,