İsrailin hücumu İranı büdrətmədi

Dünya

26.10.2024 18:25

İranlı politoloq və təhlükəsizlik üzrə ekspert, professor Ruhullah Modabber İsrailin İrana hücumunda ABŞ və NATO-nun birbaşa əli olduğunu bildirib. 

TodayPress xəbər verir ki, o, bu barədə “TASS”a danışıb. 

"İsrailin bu gecə İrana qarşı təcavüzü ABŞ və NATO-nun tam dəstəyi ilə həyata keçirilib. İsrail qırıcıları Vaşinqton və Şimali Atlantika Alyansının dəstəyi ilə İrana hücum ediblər. Onların bu əməliyyatı İslam Respublikasını ruhdan sala bilmədi. Hətta bu, “ağcaqanad dişləməsindən” də zəif oldu. İran sübut etdi ki, güclü və çox səviyyəli hava hücumundan müdafiə sistemi var” deyə o, bildirib.

Onun sözlərinə görə, təxminən bir aya yaxın mediada ABŞ, NATO, Böyük Britaniya və Fransa İsrailin hərbi imkanlarını şişirtməyə yönəlmiş təbliğat kampaniyası aparıblar. 

Töhfə Səməd

tag: ABŞ, İsrail, NATO, İran, Hücum, todaypress.az,