İsrailin hədəfi İranın raket bazası ola bilər
Dünya
09.09.2024 09:29
İsrailin Suriyaya raket hücumları İranın bu ölkədəki obyektlərinə, o cümlədən raket istehsalı bazasına zərbə vura bilər.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
"Həmanın qərbində yerləşən Masyaf bölgəsindən İran qüvvələri və iranpərəst silahlı qruplar tərəfindən baza kimi istifadə edildiyi güman edilir. Son illərdə bura dəfələrlə İsrailə məxsus hücumların hədəfi olub" deyə qəzet yazıb.
Nəşr iddia edir ki, burada “CERS” və ya “SSRC” kimi tanınan Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir və İran qüvvələri həmin bölgəni yer-yer raketləri istehsal etmək üçün istifadə edir.
Töhfə Səməd
tag: İran, İsrail, Raket, Baza, Elmi Tədqiqat, todaypress.az,