İsrailin danışıqlar qrupu Tel-Əvivə qayıdır

Dünya

25.12.2024 03:11

İsrailin danışıqlar qrupu son vəziyyəti qiymətləndirmək üçün Dohadan Təl-Əvivə qayıdacaq.

TodayPress İsrail baş nazirinin ofisinə istinadən xəbər verir ki, Qəzza zolağında girov mübadiləsi danışıqları üçün Qətərə gedən İsrail heyətinin Tel-Əvivə qayıdacağı açıqlanıb.

 

Açıqlamaya görə, heyət önəmli danışıqlar həftəsindən sonra qayıdır və danışıqların davamı ilə bağlı İsraildə daxili məsləhətləşmələr aparılacaq.

 

tag: İsrail, Qəzza, Girov, Qətər, todaypress.az,