İsrailin cavabı sərt oldu: 15 şəhər bombalandı

Dünya

29.07.2024 09:03

İsrail ordusu Livanın "Hizbullah" hərəkatının Qolan təpələrini vurmasına cavab olaraq, Livanın 15 şəhərini ağır artilleriya atəşinə tutub. 

TodayPress xəbər verir ki, bu barədə "Əl-Mənar" telekanalı məlumat yayıb. 

Taria, Xiyam, Kfar Qila, Mays əl-Cəbəl, Markaba, Burj əl-Şamali, Əl-Abbasiya, Tayr, Xarfa, An-Nakura, Şıxin şəhərləri İsrail ordusunun hücumuna məruz qalıb.

Xatırladaq ki, iyulun 27-si axşam saatlarında İsrailin nəzarətində olan Qolan təpələri atəşə tutulub. Məcdəl Şəms şəhərində uşaqlar da daxil olmaqla 30-dan çox insan yaralanıb. İsrail raketin "Hizbullah" tərəfindən Livanın cənubundan buraxıldığını bildirib.

Günəş Mərd

tag: İsrail,Livan, Hizbullah, Xarfa, Şıxin, todaypress.az,