İsrailin baş naziri Təl-Əviv məhkəməsinə gəldi

Dünya

10.12.2024 15:02

1428

İsrailin baş naziri Benyamin Netanyahu ona qarşı qaldırılan üç cinayət işi üzrə ifadə verəcəyi Təl-Əviv Rayon Məhkəməsinə gəlib. 

TodayPress xəbər verir ki, məhkəmə zalından yayımı “Kan” dövlət televiziya və radio şirkəti həyata keçirir.

Jurnalistlər qeyd ediblər ki, Netanyahu məhkəmədə ifadə verən ilk İsrail Nazirlər Kabinetinin rəhbəri olub.

Xatırladaq ki, Baş nazir dələduzluqda və etibardan sui-istifadədə ittiham olunur. 

Töhfə Səməd

tag: İsrail, Baş nazir, Məhkəmə, Cinayət, todaypress.az,