İsrailin Baş naziri Baydenlə görüşəcək
Dünya
21.07.2024 17:45
İsrailin
Baş naziri Binyamin Netanyahu iyulun 23-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.
TodayPress,
“Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat
yayıb.
Qeyd
olunub ki, İsrailin Baş naziri iyulun 22-də ABŞ-a səfər edəcək, iyulun 24-də isə
Konqresin hər iki palatasının birgə iclasında çıxış edəcək.
Töhfə Səməd
tag: İsrail,ABŞ,Netanyahu,Bayden,Görüş,todaypress.az,