İsrailə zərbə endirən general mükafatlandırıldı

Dünya

06.10.2024 18:00

İranın ali lideri Əli Xamenei bu həftə İsrailə qarşı raket hücumuna komandanlıq edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava və raket qüvvələrinin komandanı general Əmir Əli Hacızadəni "Qələbə" medalı ilə təltif edib.

TodayPress xəbər verir ki, bu barədə SEPAH-ın "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bu nişanın verilməsi "Doğru vəd" əməliyyatının uğurlu nəticələri ilə bağlıdır.

Bildirilir ki, medalın üzərində üç xurma yarpağı, Xürrəmşəhr Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağı əks olunub.

tag: İran,Əli Xamenei,İsrail,SEPAH,Əmir Əli Hacızadə,Qələbə medalı,todaypress.az,