İsrailə qarşı silah embarqosu: İran və Türkiyə hərkətə keçdi

Dünya

28.10.2024 16:50

İran Türkiyə ilə birlikdə İsrailə silah embarqosu tətbiq etmək üçün bəzi ölkələrlə danışıqları davam etdirir. 

TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

“Biz İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində silah embarqosunun tətbiqi ilə bağlı məsələni müzakirəyə çıxarmışıq” deyə o, mətbuat konfransında bildirib. 

Bəqayinin sözlərinə görə, İran ümid edir ki, mümkün qədər çox ölkə bu kampaniyaya qoşulacaq və beləliklə, İsrail ona verilən silahlardan istifadə edə bilməyəcək. 

Qeyd edək ki, bundan əvvəl oktyabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, İran, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə İstanbulda keçirdiyi görüşdə BMT-nin İsrailə qarşı silah embarqosu qoymasının vacibliyini bəyan edib. 

Töhfə Səməd

tag: İran, İsrail, Azərbaycan,BMT, Silah, todaypress.az,