İsrailə əvvəlcə “Hizbullah”, sonra İran hücum edəcək

Dünya

09.08.2024 09:08

1330

Livanın “Hizbullah” hərəkatı İranın zərbələrindən əvvəl İsrailə ilk hücum edə bilər.

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin İsraildəki iki mənbəsi və yüksək rütbəli Qərb kəşfiyyat rəsmisi son məlumatlara əsasən yəhudi dövlətinə iki ayrı zərbənin mümkün olduğunu bildirib. Eyni zamanda, qəzet kəşfiyyat məlumatlarının az olduğunu və tez-tez dəyişdiyini qeyd edir.

CNN daha əvvəl “Hizbullah”ın yaxın günlərdə hücuma keçə biləcəyini bildirmişdi.

tag: Livan, Hizbullah, İran, İsrail, Zərbələr, todaypress.az,