İsraildən taktiki atəşkəs qərarı : Humanitar yardıma icazə veriləcək

Dünya

16.06.2024 17:00

İsrail ordusu bazar günü Qəzza zolağının cənubundakı bölgədə humanitar yardımların ölkəyə girişinə icazə vermək üçün günün müəyyən saatlarında “hərbi fəaliyyətlərdə taktiki atəşkəs” tətbiq ediləcəyini açıqlayıb.

TodayPress Fransanın AFP xəbər agentliyinə istinadən xəbər verir ki, ordunun verdiyi açıqlamada, Kerem Şalom keçidindən Səlahəddin yolundan şimala gedən ərazidə "Humanitar hərbi fəaliyyətlər üçün hər gün səhər saat 08.00-dan 19.00-a qədər növbəti xəbərdarlığa qədər yerli taktiki atəşkəs tətbiq ediləcəyini" açıqlayıb.

Bəyanatda bu qərarın Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlarla müzakirələrdən sonra Qəzza zolağına daxil olan humanitar yardımın həcminin artırılması səyləri çərçivəsində qəbul edildiyi bildirilib.

İsrail xüsusilə Kerem Şalom keçidi vasitəsilə yardımın paylanmasını asanlaşdırmaq üçün çalışdığını bildirsə də, humanitar təşkilatlar mühasirədə olan Fələstin bölgəsində ərzaq və digər əsas ləvazimatların ciddi çatışmazlığı barədə aylardır xəbərdarlıq edir.

Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada beş yaşdan kiçik səkkiz mindən çox uşağın kəskin qida çatışmazlığından müalicə edildiyini, o cümlədən 1600 uşaq kəskin qida çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb.

GÜNEL

tag: İsrail, Həmas, BMT, Fələstin, todaypress.az,