İsraildən "Hizbullah"a xəbərdarlıq

Dünya

22.12.2024 17:15

İsrail müdafiə naziri İsrael Kats "Hizbullah"a xəbərdarlıq edib. 

TodayPress xəbər verir ki, o, bu barədə İsrail hərbçiləri ilə görüşündə deyib. 

Qeyd edib ki, hərbçilər "Hizbullah" hərəkatı razılaşmanın şərtlərini pozsa və atəşkəsə əməl etməsə, qarşı tərəfə ciddi zərbə vuracaq. 

"Əgər "Hizbullah" Litani çayının o tayına çəkməyə və atəşkəsi pozmağa cəhd etsə, onun başını əzəcəyik". 

Onun sözlərinə görə, İsrail "Hizbullah"a qoşunlarını Livanın cənubundakı kəndlərə qaytarmağa və burada hərbi obyektlərini yenidən yaratmağa icazə verməyəcək.


tag: İsrail,Hizbullah,Müdafiə,Zərbə,Todaypress.az,