İsraildən "Hizbullah"a növbəti zərbə
Dünya
04.11.2024 12:50
İsrail hərbçiləri "Hizbullah"ın silahlı qanadının səhra komandirini sıradan çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Baraşit kəndi ərazisinə zərbələr endirib və bu məntəqənin komandiri Əbu Əli Rid öldürülüb.
Məlumata görə, Rid İsrail əsgərlərinə raket hücumlarının planlaşdırılması və icrasına cavabdeh olub və "Hizbullah" yaraqlılarının terror fəaliyyətlərini idarə edib.
Departament həmçinin bildirib ki, İsrail hərbçilərinin Livanın cənubunda məqsədyönlü reydləri davam edir.
Töhfə Səməd
tag: İsrail, Livan, Qəzza, Hizbullah, Hərbçilər, todaypress.az,