İsraildən "Hizbullah"a daha bir zərbə

Dünya

06.10.2024 11:55

"Hizbullah" üzvlərinin istifadə etdiyi peycerlər İsrail kəşfiyyat xidməti tərəfindən xüsusi üsulla hazırlanıb və proqramlaşdırılıb.

TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Nəşr bildirib ki, şifrələnmiş mesajı oxumaq üçün düymələri iki əllə eyni anda basmaq lazım gəlir. Belə olduğu təqdirdə qurğunun içindəki partlayıcılar işə düşür.

Qeyd olunub ki, "Hizbullah" üzvlərindən heç biri xüsusi məharətlə hazırlanmış İsrail bombası gəzdirdiklərindən şübhələnməyib.

Töhfə Səməd

tag: Hizbullah,İsrail,Bomba,Kəşfiyyat,todaypress.az,