İsraildən HƏMAS-a daha bir zərbə

Dünya

05.10.2024 18:55

1491

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatının yaraqlılarının mövqelərinə növbəti zərbə endirib.

TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, zərbə nəticəsində hərəkatın iki komandiri məhv edilib.

“Hərbi Hava Qüvvələrinin qırıcıları Livanda HƏMAS-ın əməliyyat bölməsində xidmət edən və terror əməliyyatlarını idarə edən Məhəmməd Hüseyn Əli əl-Mahmudunu məhv ediblər” deyə hərbi bəyanatda bildirilir. Ölən digər komandirin adı isə açıqlanmayıb. 

İsrail kəşfiyyatının məlumatına görə, Əli əl-Mahmud son illərdə həm ölkə daxilində, həm də xaricdə İsrail hədəflərinə hücumlarda iştirak edib. Livanda o, digər məsələlərlə yanaşı, HƏMAS-ın ehtiyacları üçün ağır silahların tədarükünə də nəzarət edirib.

Günəş Mərd

tag: İsrail ,HƏMAS, Livan, Hərbi Hava Qüvvələri ,Əli Əl-Mahmud ,todaypress.az,