İsraildən Beyruta daha bir zərbə
İsrail ordusu Beyruta irimiqyaslı hava zərbələri endirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Əl-Nuveyriyə endirilən hava hücumu nəticəsində 3 nəfər ölüb, 26 nəfər yaralanıb.
Livanın Səhiyyə Nazirliyi açıqlayıb ki, hazırda xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl hərbçilər Livan paytaxtının cənub ətraflarında 20 binaya təxliyə xəbərdarlığı edib. Hücumlar Baş nazir Benyamin Netanyahunun atəşkəslə bağlı kabineti toplamağa hazırlaşdığı vaxta təsadüf edir.
tag: İsrail,Beyrut,Livan,Zərbə,Bomba,todaypress.az,