İsraildə yük maşını avtobus dayanacağına çırpıldı: 1 nəfər öldü, 32 nəfər yaralandı - YENİLƏNDİ
Dünya
27.10.2024 17:30
İsrailin paytaxtı Təl-Əviv şəhərində Qlilot kəsişməsi yaxınlığında yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. T
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, polis cinayətin motivini hələ də araşdırdıqlarını bildirib.
***
13:10
Təl-Əvivdən bir qədər aralıda yük maşını insanlarla dolu avtobus dayanacağına çırpılıb.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.
Agentliyin məlumatına görə, hadisə zamanı16 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Onlardan dördünün vəziyyəti ağırdır. Polis hadisənin terror aktı ola biləcəyindən şübhələnir.
Günəş Mərd
tag: Təl-Əviv, Partlayış,Maşın ,Dayanacaq,Terror,Todaypress.az,