İsraildə xalq ayağa qalxdı: erkən seçki tələb edirlər
Dünya
07.07.2024 16:59
İsraillilər səhər saatlarında yenidən ölkə boyu nümayiş keçirərək, hakimiyyətdən Qəzza zolağında saxlanılan girovları tez bir zamanda azad edilməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.
TodayPress
xəbər verir ki, bu barədə "Ynet" portalı yazır.
Etirazlar
iyulun 7-də səhər saatlarında İsraildə 30 yerdə, o cümlədən 9 əsas nəqliyyat
qovşağında başlayıb. Qeyd edilib ki, nümayişçilər, o cümlədən 18 israilli nazir
və parlamentarisinin evləri qarşısında toplanıb.
Müdafiə
Nazirliyinin rəhbəri Yoav Qalant və Xarici İşlər Nazirliyinin rəhbəri İsrael
Katz da etirazların hədəfi olub. Onlar girovları azad etmək üçün mümkün qədər
tez hərəkətə keçməyi tələb ediblər.
"The
Times of Israel" qəzeti xəbər verir ki, iyulun 7-də axşam saatlarında Təl-Əviv
və Qüdsdə kütləvi etiraz aksiyaları planlaşdırılıb.
Töhfə
Səməd