İsraildə Qərbi Nil qızdırmasından ölənlərin sayı 11-ə çatdı
Dünya
04.07.2024 05:30
İsraildə Qərbi Nil qızdırması
yayılmaqda davam edir və mayın əvvəlindən bu günə qədər 153 nəfərdə bu xəstəlik
aşkarlanıb.
TodayPress xəbər verir
ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, xəstəliyə
yoluxanlardan 11 nəfər ölüb.
Səhiyyə Nazirliyi qeyd edib
ki, yoluxanların əksəriyyəti İsrailin mərkəzi hissəsində yaşayan sakinlərdir.
Nazirlik bildirib ki, Qərbi
Nil qızdırması ümumiyyətlə İsraildə çoxdan məlumdur, yoluxanların təxminən 80
faizində xəstəliyin heç bir təzahürü yoxdur. Təxminən 19 faiz hallarda
qızdırma, halsızlıq və baş ağrıları da daxil olmaqla müxtəlif şiddətli
simptomlar və yalnız bir faiz hallarda ciddi nevroloji ağırlaşmalar müşahidə
olunur.
Qeyd edilib ki, infeksiyanın əsas
daşıyıcıları ağcaqanadlardır.
tag: Israil, Qərbi Nil qızdırması, Xəstəlik,Səhiyyə Nazirliyi, todaypress.az,