İsraildə nümayişçilər küçələri yandırdılar
Dünya
23.06.2024 01:40
İsrailin paytaxtı Təl-Əvivdə hökumət əleyhinə minlərlə nümayişçi küçələri yandırıb.
TodayPress xəbər verir ki, İsraildə hökumət əleyhinə nümayişlər intensivləşir.
Baş nazir Binyamin Netanyahu və hökumətini istəməyən minlərlə israilli paytaxt Təl-Əvivdə Kirya Hərbi Bazası və Netanyahunun lideri olduğu Likud Partiyasının qərargahı qarşısına toplaşıb.
Netanyahunu səsləyən israillilər məhbus müqaviləsinin imzalanmasını tələb edib və hökuməti erkən seçkilərə çağırıblar. Qəzza zolağında İsrail baş nazirinin siyasətinə etiraz edən nümayişçilər küçələri yandırıblar.
Polis aksiyaya müdaxilə edib və hökumət əleyhinə şüarlar səsləndirən çox sayda nümayişçi saxlanılıb.
GÜNEL
tag: İsrail, Təl-Əviv, Nümayiş, Polis, todaypress.az,