İsraildə məcburi hərbi xidmət müddəti uzadıldı
Dünya
12.07.2024 18:40
İsrail hökumətinin təhlükəsizlik kabineti kişilər üçün məcburi hərbi xidmət müddətini 32 aydan 36 aya qədər artırmaq planını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər saytı məlumat yayıb.
Təhlükəsizlik kabinetinin iclasından sonra 36 aylıq xidmət növbəti səkkiz il ərzində qüvvədə qalacaq.
İsrail ordusu komandirləri Qəzzada HƏMAS ilə müharibəni və Livanda yerləşən “Hizbullah” hərəkatı ilə qarşıdurmanı davam etdirmək üçün canlı qüvvənin artırılmasına ehtiyac olduğunu bildiriblər.
İsrail, həmçinin əvvəllər hərbi xidmətdən azad edilmiş minlərlə ultra-pravoslav yəhudi ilahiyyatçı tələbəni də hərbi xidmətə çağırmaq qərarını verib.
Töhfə Səməd
tag: İsrail, Qəzza, HƏMAS,Hizbullah, Hərbi Xidmət, todaypress.az,