İsraildə liderlər üçün bunker hazırlandı

Dünya

05.08.2024 10:36

İsrailin Baş Təhlükəsizlik Xidməti Qüds bölgəsində İsrail rəhbərliyinin uzun müddət qala biləcəyi, ölkəni oradan idarə edə biləcəyi yeraltı bunkerin istismarına başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə "Walla" portalı yazır. 

Məlumata görə, bunker "Hizbullah" hərəkatı və İran tərəfindən gözlənilən hücum fonunda işə salınıb. 

Qüds ərazisində yeraltı bunker yaratmaq qərarı 2007-ci ildə İkinci Livan müharibəsinin nəticələrindən sonra verilib.  

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və Qəzza zolağında hərbi əməliyyatların başlamasından bu yana Qüds bölgəsindəki bunker 10 ay ərzində bir dəfə də istifadə olunmayıb. 

Günəş Mərd

tag: Qəzza, HƏMAS, Hərbi, Qüds, Hizbullah, todaypress.azx,