İsraildə gərginlik - Ultra-pravoslav yəhudilər məcburi hərbi xidmətə etiraz etdi
Dünya
27.06.2024 21:35
İsraildə 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağına edilən hücumlardan sonra ultra-pravoslav yəhudilərin hərbi xidmətdən azad edilib-edilməyəcəyi ilə bağlı müzakirələr davam edir.
TodayPress xəbər verir ki, ultra-pravoslav yəhudilər İsraildə məcburi hərbi xidmətə etiraz olaraq paytaxt Təl-Əviv yaxınlığındakı Bney Brak şəhərində nümayiş keçirib.
Nümayişçilər şimaldan cənuba doğru uzanan və Bney Brak şəhərindən keçən 4 nömrəli magistral yolu bağlayıblar. Magistral yolda oturaq aksiya keçirən etirazçıları dağıtmaq üçün polis müdaxilə etməli olub.
Polisə müqavimət göstərən nümayişçilər uzun müddət nəqliyyatın hərəkətinə mane olublar.
Nəqliyyat yolunu açmağa çalışan polisin nümayişçilərin bir qismini yerdə sürüdüyü anlar kameralara yansıyıb.
Etirazçılar orduya qoşulmaqdansa, həbsə girməyi və ya ölməyi üstün tutduqlarını bildiriblər.
Polisə müqavimət göstərən ən azı 10 Haredinin saxlanıldığı bildirilib.
GÜNEL
tag: İsrail, Yəhudi,Nümayiş, Nəqliyyat yolu, todaypress.az,