İsraildə fövqəladə hərbi kabinet buraxıldı – Qants istefa verdi

Dünya

17.06.2024 13:25

2142

İsrailin fövqəladə hərbi kabineti nazir Beni Qantsın iyunun 9-da hökumətdən istefa verməsindən sonra buraxılıb. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahu elan edib. O, bildirib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb. Ehtimal olunur ki, hökumət başçısı sözü gedən hərbi kabineti daha geniş tərkibdə yenidən formalaşdıracaq.

Qeyd edək ki, bu struktur ötən il oktyabrın 11-dən etibarən HAMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.

tag: İsrail, Qants, Hökumət, Hərbi Kabinet, Benyamin Netanyahu, todaypress.az,