İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verdi
Dünya
05.12.2024 09:21
İsrail yenilənmiş saziş layihəsini Fələstinin Həmas hərəkatına təhvil verib.
TodayPress xəbər verir ki, bu barədə "Axios" portalı yazıb.
Saziş bəzi israilli girovların azad edilməsini, həmçinin Qəzzada atəşkəs rejimini nəzərdə tutur.
Qeyd olunub ki, İsrailin yeni təklifi ötən həftə ölkənin baş naziri Benyamin Netanyahu, hökumət nazirləri və təhlükəsizlik qurumlarının rəhbərləri arasında keçirilən görüşdə razılaşdırılıb. Layihəyə tərəflər arasında danışıqlara imkan yaradan dəyişikliklər daxildir. O cümlədən, 42 gündən 60 günə qədər atəşkəsin təşkil edilməsi təklif edilir.
Günəş Mərd
tag: İsrail, Saziş, Lahiyə, Təklif,todaypress.az,