İsrail Yəməndən atılan raketi vurdu
Dünya
03.01.2025 09:00
İsrail hava hücumundan müdafiə qüvvələri Yəməndən atılan raketi ələ keçirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.
“Yəməndən atılan və İsrail ərazisinə uçan raket ələ keçirilib. Vurulan raketin parçaları İsrailin mərkəzindəki Modiin bölgəsinə düşüb” deyə məlumatda bildirilib.
Bundan əvvəl İsrailin bir sıra mərkəzi və cənub bölgələrində hava hücumu həyəcanı səslənib.
Günəş Mərd
tag: İsrail, Yəmən, Raket, Hücum, todaypress.az,