İsrail Yəmən limanlarına hücum etdi

Dünya

12.05.2025 04:00

10

İsrail aviasiyası husilərin nəzarətində olan Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Yəmənin Hodeyda, Ras İsa və Əs-Salif limanlarına zərbələr endirməyə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Husilərin rəhbərlik etdiyi hökumətin Daxili İşlər Nazirliyi də vilayətin İsrailin hücumuna məruz qaldığını bildirib.

Xatırladaq ki, bundan əvvəl İsrail ordusu Hodeyda, Ras İsa və Əs Salif limanlarından insanların dərhal təxliyyə edilməsini istəyib.

Töhfə Səməd



tag: İsrail ,Husi,Əl-Hodeyda,Qırmızı dəniz,todaypress.az,