İsrail xəbərdarlıq etdi: Cəbhə dəyişir
Dünya
11.09.2024 13:18
İsrail hərbi səylərinin “ağırlıq mərkəzini” Qəzza zolağından Livanla sərhəd bölgəyə köçürür.
TodayPress bu barədə İsrailin müdafiə naziri Yoav Qalant İsrailin şimalında Oded briqadasının ehtiyatda olan əsgərləri ilə görüşündə bildirib.
Görüş zamanı o, İsrail ordusunun əsas diqqətini “Hizbullah”la qarşıdurmanın davam etdiyi şimal istiqamətinə yönəltdiyini bildirib.
“Biz cənubda missiyaları tamamlayarkən diqqətimizi şimala yönəldirik. Şimalda mühüm vəzifə qalır: təhlükəsizliyi bərpa etmək və sakinlərin evlərinə qayıtmasına icazə vermək” deyə Qalant qeyd edib.
O, vurğulayıb ki, ordu Livanda mümkün quru əməliyyatı üçün hazırlığını yekunlaşdırıb.
Günəş Mərd
tag: İsrail, Livan, Yoav Qalant ,Sərhəd,Əməliyyat, todaypress.az,